`Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır` - Senator
19:01 13 Mart 2017
Fransa Senatının üzvü, parlamentin Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşar bəzi fransız senatorların işğal olunmuş Dağlıq Qarabağa səfərlərini tənqid edib.
Femida.az-ın məlumatına görə, Milli Məclisdə keçirilən mətbuat konfransında A. Reyşar bildirib ki, Fransa dövləti və rəsmi qurumları Azərbaycanın ərazi bütövlüyünə, sərhədlərinə hörmətlə yanaşır.
Bəzi həmkarlarının Dağlıq Qarabağa səfərlərinin qanuna zidd olduğunu söyləyən senator qeyd edib ki, beynəlxalq qanunlara əsasən Azərbaycanın sərhədlərinə hörmətlə yanaşmaq hər kəsin borcudur: “Bizim hökumətin mövqeyi odur ki, hər bir dövlətin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır, hörmətlə yanaşılmalıdır”.
A. Reyşar onu da əlavə edib ki, onlar səfər çərçivəsində cəbhədə, Azərbaycan-Ermənistan silahlı qüvvələrinin təmas xəttində olublar və vəziyyətin hazırkı durumu onları ciddi narahat edir: “Biz münaqişənin tez bir zamanda həll olunmasını istəyirik”.
Femida.az
Oxunub: 1364
Oxşar xəbərlər
- `Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayacaq` - İlham Əliyev
- `Azərbaycanın sərhəd təhlükəsizliyi məsələlərinə xüsusi önəm verilir` - Fuad Ələsgərov
- `Azərbaycanın 20% torpaqları işğal olunmasaydı...` - Nazir
- `Azərbaycanın gücü Türkiyənin gücüdür` - Müdafiə naziri
- `Azərbaycanın problemi Türkiyənin problemidir` – Səfir
- `Azərbaycanın hava nəqliyyatına böyük maraq göstəririk` - Latviya prezidenti
- `Azərbaycanın suverenliyinə təhlükə beynəlxalq sabitliyə təhlükədir` - Norveç XİN
- `Azərbaycanın standartlarını yaratmışıq` - Birinci vitse-prezident
- `Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq` - Zakir Həsənov
- `Azərbaycanın dərdi bizim dərdimizdir` – Binəli Yıldırım